Yevlaxda müəllim və şagirdlər tibbi müayinəyə cəlb olunublar
12 noyabr 2007 10:41 (UTC +04:00)
Yevlaxda orta təhsil müəssisələrinin pedaqoqları rayon poliklinikasında həkim baxışından keçirilir. Səhhətində onkoloji xəstəliklər müəyyən edilən müəllimlər təhsil sistemindən uzaqlaşdırılacaqlar. Onlar müalicəyə göndərilib səhhətindəki qüsurlar aradan qaldırıldıqdan sonra yenidən fəaliyyətlərini davam etdirə biləcəklər. Bundan başqa rayon məktəblərində təhsil alan şagirdlər məktəblərə göndərilən həkim briqadaları tərəfindən müayinəyə cəlb olunublar. Rayon mərkəzində yerləşən 10 ümumtəhsil orta məktəbdə 6000 nəfərdən çox şagirdin müayinəsi nəzərdə tutulub. Mütəxəssislər hesab edirlər ki, şagirdlərin vaxtaşırı müayinəsi həm onların sağlamlığına, həm də təhsilin səviyyəsinə müsbət təsir göstərir. 8 saylı Yevlax şəhər orta məktəbinin direktoru Mehriban Məcnunova APA-nın Qarabağ bürosuna bildirib ki, bu tədbirin məqsədi uşaqların tibbi yoxlamadan keçirilməsidir: “Hər hansı uşağın sağlamlığında qüsur varsa, bu müayinələr yolu ilə üzə çıxarılır və biz bu barədə valideyni məlumatlandırırıq. Bunun da sayəsində həmin uşaq öz sağlamlığına qovuşur. Bu da bizim təhsilimizdə davamiyyətə böyük təsir göstərir. Əgər şagird sağlam olarsa, onun təhsili də keyfiyyətli olar”. Yevlax rayon uşaq xəstəxanasının baş həkimi Ülkər Eminova isə APA-nın Qarabağ bürosuna bildirib ki, profilaktika olmadan uşaqların sağlamlığının qeydinə qalmaq mümkün deyil: “Ona görə də hər il müxtəlif ixtisaslı həkimlərdən ibarət briqadalar məktəblərə göndərilir. Elə gizli xəstəliklər var ki, valideynlər uşaqlarının bu xəstəlikdən əziyyət çəkməsindən xəbər tutmurlar. Uşaqda xəstəlik aşkarlandıqda valideyn xəstəxanaya dəvət olunur, uşağın sonrakı müayinəsi, müalicəsi bizim tərəfimizdən təşkil olunur. Bu da uşaqların sağlam böyüməsi üçün ən vacib işdir”. Ülkər Eminovanın sözlərinə görə, şəhər məktəblilərinin müayinəsi başa çatdıqdan sonra yoxlamalar kənd məktəblərində davam etdiriləcək. Amma şəhər məktəblərindən fərqli olaraq kəndlərdə təhsil alan şagirdlərin qanı da analiz ediləcək. Həkimlər bildirirlər ki, şəhərdə yaşayan məktəbliləri vaxtaşırı müayinə etmək olur, kəndlərdə isə bunun üçün xeyli vaxt sərf etmək lazım gəlir. /APA/
Sosial
Bakıda piyada vurulması ilə nəticələnən qəza səbəbindən sıxlıq yaranıb
20:59
12 sentyabr 2024
Türkiyə Ali Məhkəməsinin sədri ilə görüş keçirilib
16:39
12 sentyabr 2024
Tullantıların idarə edilməsinə dair qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirə edilib
12:37
12 sentyabr 2024
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
11:50
12 sentyabr 2024