Güclü külək Şəkinin enerji təchizatında problemlər yaradıb

Güclü külək Şəkinin enerji təchizatında problemlər yaradıb
# 13 noyabr 2007 09:56 (UTC +04:00)
Güclü külək Şəkinin enerji təchizatında problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə respublikanın şimal-qərb bölgəsində müşahidə olunan güclü külək bölgədə bir sıra problemlər yaradıb. Bölgənin bəzi ərazilərində elektrik enerjisinin verilməsində geniş fasilələr yaranıb. Güclü külək Şəkinin enerji təchizatına da ciddi ziyan vurub. Elektrik dirəklərinin və naqillərin sıradan çıxması nəticəsində şəhər və şəhərə yaxın kəndlərə enerjinin verilməsi 5 saat dayandırılıb. Şəki rayon Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna bildirilib ki, güclü külək nəticəsində rayon ərazisində yaşayış obyektlərinə ziyan dəyməyib. Güclü külək yalnız elektrik dirəklərinin və naqillərin sıradan çıxmasına səbəb olub ki, bu da qısa müddət ərzində aradan qaldırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR