“İngiltərə-Azərbaycan” Cəmiyyətinin 10 illiyi qeyd edilib

“İngiltərə-Azərbaycan” Cəmiyyətinin 10 illiyi qeyd edilib
# 16 noyabr 2007 10:03 (UTC +04:00)
Noyabrın 15-də Filarmoniyada “İngiltərə-Azərbaycan” Cəmiyyətinin 10 illiyi ilə bağlı konsert keçirilib. APA-nın məlumatına görə, tədbirin təşkilatçıları cəmiyyətin həmsədrləri Nərgiz Paşayeva və Lord Freyzer olub. N. Paşayeva bildirib ki, Azərbaycan və İngiltərə arasında əlaqələr tədricən, müsbət istiqamətdə və dostluq şəraitində inkişaf edir. O, “İngiltərə-Azərbaycan” Cəmiyyətinin də bu işə öz töhfəsini verdiyini söyləyib. Lord Freyzer isə cəmiyyətin 10 illik fəaliyyəti haqda danışıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR