ABŞ səfirliyi yol hərəkət qaydalarının pozulduğu anları çəkib internetdə yerləşdirməyi təklif edir

ABŞ səfirliyi yol hərəkət qaydalarının pozulduğu anları çəkib internetdə yerləşdirməyi təklif edir
# 16 noyabr 2007 16:02 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi yeni layihəyə start verib. APA-nın məlumatına görə, bu layihənin məqsədi yol hərəkəti qaydalarının pozulması ilə mübarizə aparmaqdır. Səfirliyin ictimai diplomatiya üzrə nümayəndəsi Dmitri Taraxovski bildirib ki, 18 noyabr onun ölkəsində yol qəzaları zamanı həlak olan insanların yad etmə günü kimi qeyd olunur. O bildirib ki, il ərzində bütün dünyada 1,2 milyon insan yol qəzası nəticəsində həlak olur, 50 milyon insan isə əlil qalır. Müsabiqədə iştirak etmək istəyən şəxslər yol hərəkət qaydaları pozuntuları ilə rastlaşaraq, onu videolentə alıb www.bakuculture.gov saytına yerləşdirməlidirlər. Müsabiqə dekabrın 18-də yekunlaşacaq, qaliblər kompakt videokamera ilə mükafatlandırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR