Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı keçirilib

Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı keçirilib
# 26 noyabr 2007 12:36 (UTC +04:00)
Bu gün Bakıda Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı keçirilib. APA-nın xəbərinə görə, tədbir Gənclər və İdman Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında təşkil olunub. Toplantını giriş sözü ilə gənclər və idman naziri Azad Rəhimov açaraq tədbirin respublikamızda ilk dəfə keçirildiyini bildirib. Əməkdar artist Məsmə Aslanqızı, şair Səlim Babullaoğlu, rejissor Tahir Əliyev, publisist Aydın Xan və başqaları çıxış edərək gənclərin arzu və təkliflərindən, əsas problemlərindən söz açıblar. Çıxışlarda gənclərin mənzillə təminatı, yaradıcı gənclər arasında əməkdaşlığın möhkəmlənməsi üçün ardıcıl konfrans və festivalların keçirilməsi, “Virtual Azərbaycan” portalı və mədəniyyət kanalının yaradılması, yaradıcı gənclərin xaricə səfərlərinin təşkil edilməsi və s. təkliflər irəli sürülüb. 600-ə yaxın nümayəndənin iştirak etdiyi toplantıya prezidentin fərdi təqaüdçüləri, müxtəlif Olimpiada və festivalların qalibləri, adları “Qızıl kitab”a daxil edilən yeniyetmə və gənclər, həmçinin yaradıcılıq təşkilatlarının gənc nümayəndələri qatılıb. Toplantının sonunda yaradıcı gənclərin fəaliyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qətnamə qəbul olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR