“Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova Türkiyəyə səfəri ilə bağlı mətbuat konfransı keçirib

“Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova Türkiyəyə səfəri ilə bağlı mətbuat konfransı keçirib
# 11 dekabr 2007 15:11 (UTC +04:00)
Bu gün “Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri Esmira Orucova Türkiyəyə səfəri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E.Orucova dekabrın 1-dən 5-nə qədər İzmir şəhərində səfərdə olduğunu deyib. O bildirib ki, Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumunun (KBATEK) 10-cu ildönümü və XXII Beynəlxalq Qurultayı çərçivəsində keçirilən tədbirlərə qatılıb, ona Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru adı verilib. E.Orucova qurultayın keçirilməsində məqsədin türk dövlətləri və türklərin toplum halında yaşadıqları ölkələrin ziyalılarını, o cümlədən ədəbiyyatçıları, dilçiləri və tarixçiləri bir yerə toplamaqdan ibarət olduğunu söyləyib. O, qurultayda Qarabağ müharibəsi zamanı əsir, girov və itkinlərlə, xüsusilə də Axısxa türkləri ilə bağlı apardığı araşdırmalara görə KBATEK-ə üzv seçildiyini bildirib. E. Orucova qurultaya əliboş getmədiyini, özü ilə tərtib etdiyi “Bizi əsirlikdən qurtarın!” sənədlər toplusu və Türkiyə türkcəsinə çevirdiyi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hazırladığı “Erməni terroru” kitabından bir neçə nüsxə apardığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR