Azərbaycanın Zaqatala rayonunda “Şimal-qərbi Azərbaycan və onun tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycanın Zaqatala rayonunda “Şimal-qərbi Azərbaycan və onun tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib
# 24 dekabr 2007 14:06 (UTC +04:00)
Bu gün Azərbaycanın Zaqatala rayonunda “Şimal-qərbi Azərbaycan və onun tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ingiloyların kompakt yaşadığı Əliabad qəsəbəsində keçirilən konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü təşkil olunub. Rayonda yaşayan milli azlıqların da qatıldığı tədbirdə tarixçi alim, millət vəkili Yaqub Mahmudov ölkənin şimal-qərb bölgəsinin tarixi mövzusunda məruzə ilə çıxış edib. Təkcə Zaqatalada 20-dən çox millətin yaşadığını deyən millət vəkili ölkənin şimal-qərb bölgəsinin zəngin və unikal tarixə malik olduğunu söyləyib. O, yad ünsürlərin zaman-zaman bu bölgəyə əl uzatdığını, lakin burada yaşayan insanların vətənpərvərliyi və birliyi sayəsində onların niyyətlərinin boşa çıxdığını dilə gətirib. Daha sonra rayon ziyalılarının məruzə ətrafında çıxışları dinlənilib. Konfransda Azərbaycanın şimal-qərb bölgəsini və ingiloyların tarixini əks etdirən kitabların təqdimatı olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR