Yeni il bayramı münasibəti ilə Azərbaycan paytaxtında 13 böyük yolka qurulub

Yeni il bayramı münasibəti ilə Azərbaycan paytaxtında 13 böyük yolka qurulub
# 26 dekabr 2007 14:06 (UTC +04:00)
Bakının Azadlıq meydanında qurulan bu yolkadan başqa bayram münasibəti ilə Fəvvarələr meydanında 3, Milli Parkda 7, “Azneft” meydanında 1, Akademiya bağında 1 böyük yolka quraşdırılıb. Yeni il atəşfəşanlığı isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 24:00-da olacaq. 31 dekabr saat 19:00-dan başlayaraq 1 yanvar səhər saatlarına kimi Azadlıq meydanında Yeni il bayramı münasibəti ilə Azərbaycanın tanınmış estrada müğənnilərinin iştirakı ilə diskoteka təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun APA-ya bildirdiyinə görə, bayram günlərində Bakı küçələrində 30-a yaxın Şaxta baba və Qarqız fəaliyyət göstərir. Dövlət rüsumu ödəməyə məcbur olan Şaxta babalardan fərqli olaraq, Qarqızlar və “telepuzik”lər dövlət rüsumu ödəmirlər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR