Ötən il Azərbaycanın Lənkəran rayonunda 1836 nikah bağlanıb

Ötən il Azərbaycanın Lənkəran rayonunda 1836 nikah bağlanıb
# 22 yanvar 2008 08:19 (UTC +04:00)
2007-ci ildə Lənkəranda 1836 nikah bağlanıb. Rayon Statistika İdarəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, bu göstərici 2006-cı illə müqayisədə 186 fakt azdır. Ötən il rayonda boşanmaların sayında cüzi azalma müşahidə edilib. 2006-cı ildə 2022 nikaha 139 boşanma, 2007-ci ildə isə 1836 nikaha 137 boşanma faktı düşüb. İl ərzində rayonda doğulan uşaqların sayında artım müşahidə olunub. 2007-ci ildə 3683 uşaq doğulub, 2006-cı ildə bu rəqəm 3646 olub. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsindən bildirilib ki, 2008-ci ilin yanvar ayı ərzində xəstəxanada anadan olan 65 uşaqdan 33-ü qız, 32-si isə oğlandır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR