Lənkəranda “Gənclər və insan hüquqları” mövzusunda seminar keçirilib

Lənkəranda “Gənclər və insan hüquqları” mövzusunda seminar keçirilib
# 07 fevral 2008 09:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ombudsman Aparatının Cəlilabad regional mərkəzi Lənkəran Şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə “Gənclər və insan hüquqları” mövzusunda seminar keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirə yerli gənclər ittifaqlarının fəalları ilə yanaşı, qeyri-hökumət təşkilatları və kütləvi-informasiya vasitələri nümayəndələri də qatılıb. Ombudsman Aparatının Cəlilabad regional mərkəzinin sədri Ziya İsmayılov insan hüquqları və müvəkkil təsisatı, Ombudsman Aparatının regional mərkəzləri, dövlət, yerli özünü idarəetmə, QHT və KİV-lə əməkdaşlıq, Ombudsman təsisatının gənclərlə işin təşkilində rolu və ölkədə insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət proqramı barədə danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR