Azərbaycanda məktəb yaşlı uşaqların əksəriyyəti İnternetdən əxlaqsız və porno fayllara baxmaq üçün istifadə edir - SORÄžU

Azərbaycanda məktəb yaşlı uşaqların əksəriyyəti İnternetdən əxlaqsız və porno fayllara baxmaq üçün istifadə edir - <font color=#FF0000>SORÄžU</font>
# 11 fevral 2008 08:10 (UTC +04:00)
Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, yeniyetmələrin İnternetdən hansı məqsədlərlə istifadə etdiyini öyrənmək məqsədi ilə məktəb yaşlı uşaqlar arasında sorğu keçirilib. 220 respondentin iştirak etdiyi sorğuya Bakının müxtəlif məktəblərinin şagirdləri cəlb olunub. Sorğu iştirakçılarının 169 nəfəri “İnternetdən nə məqsədlə istifadə edirsiniz” sualına açıq şəkildə porno saytlarla məşğul olduğunu bildirib. 36 nəfər İnternetdən müxtəlif kompüter oyunları oynamaq, yalnız 5 nəfər səmərəli məqsədlər üçün istifadə etdiyini, qalan 10 nəfər isə ümumiyyətlə, kompüter biliklərinin olmadığını qeyd edib. Təşkilatın sədri Fərid Şahbazlı bildirib ki, sorğu iştirakçıları İnternet klublarında porno saytlardan istifadə etməsinə heç bir maneə olmadığını deyiblər. “Gənc Liderlər” Uşaq Təşkilatı cəmiyyəti sorğunun nəticələrinə biganə qalmamağa çağırıb, belə davam edəcəyi halda uşaqlarını mənəviyyatında ciddi problemlərin yaranacağını bildirib. Təşkilat əlaqədar dövlət qurumlarını İnternetdə porno saytların açılmasına qadağa qoymağa, 18 yaşından kiçik məktəblilərin İnternetdən istifadəsinə məhdudiyyətlərin tətbiqinə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR