Zaqatalaya elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb

Zaqatalaya elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb
# 18 fevral 2008 10:09 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala şəhərinə elektrik enerjisinin verilməsi dayandırılıb. Yerli sakinlərin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından şəhər ərazisinə verilən elektrik enerjisi kəsilib. Yaranmış fasilə ilə bağlı isə əvvəlcədən yerli əhaliyə heç bir xəbərdarlıq edilməyib. Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən də şəhər ərazisinə enerjinin verilməsinin məhdudlaşdırılması faktı təsdiqlənib. İdarədən enerjinin kəsilməsinə səbəb elektrik dirəklərində aparılan təmir işləri ilə bağlı olduğu bildirilib. Axşam saatlarında Zaqatala şəhərinə elektrik enerjisinin verilməsi bərpa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR