Lerikdə rentgen problemi yaranıb

Lerikdə rentgen problemi yaranıb
# 24 fevral 2008 10:21 (UTC +04:00)
Lerik. Ağaddin Babayev - APA. Artıq altı aydır ki, Lerik Mərkəzi Rayon Xəstəxanasının (MRX) rentgen aparatı xarab olub. Yerli sakinlərin APA-nın Cənub bürosuna verdikləri məlumata görə, bu, onların bir sıra problemlərlə üzləşməsinə səbəb olub. Belə ki, rentgen aparatı olmadığı üçün çağırışçı gənclər yoxlamadan keçmədən hərbi xidmətə yola salınır. Ən ağır xəstələr isə qonşu Lənkəran, Astara və Masallı rayonlarının tibb müəssisələrinə üz tutmalı olurlar. Lerik MRX-nin baş həkimi Həndam Tahirov bildirib ki, mövcud vəziyyətlə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib və rayonda rentgen problemi yaxın vaxtlarda həllini tapacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR