Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanda qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək

Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycanda qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçiriləcək
# 27 fevral 2008 10:04 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası ilə birgə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə martın 4-5-də qan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım üçün qanvermə aksiyası keçirəcək. APA-nın xəbərinə görə, bu gün keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova deyib ki, Azərbaycanda hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən çoxlu sayda uşaq var. Buna görə belə aksiyanın keçirilməsi zəruridir. S. Qəhrəmanova bildirib ki, Azərbaycanda bir ildə 200 uşaq talassemiya və hemofiliya xəstəlikləri ilə doğulur, 1000-dək insan isə bu xəstəliyə düçar olur. Bakı Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyova deyib ki, bu il hemofiliyalı və talassemiyalı xəstələrə qanvermə aksiyası yanvarın 19-dan başlanıb. Şeyxülislam Allahşükür Paşazadəyə müraciəti əsasında Aşura günü aksiya keçirildiyini xatırladan L. Seyidbəyova deyib ki, nəticədə qan bankında xeyli ehtiyat toplanıb və bu qan ehtiyacı olan insanlara pulsuz verilir. Onun sözlərinə görə, qanvermə kampaniyası könüllülük əsasında, Bakının demək olar ki, bütün rayonlarında təşkil ediləcək. L. Seyidbəyova aksiyanın keçiriləcəyi tibb müəssisələri sırasında 2, 3, 5, 20, 26, 7, 8 saylı poliklinikaların, 23 və 3 saylı xəstəxanaların da olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR