Gəncənin Xan Bağındakı ağaclar həşəratların hücumuna məruz qalıb

Gəncənin Xan Bağındakı ağaclar həşəratların hücumuna məruz qalıb
# 12 iyun 2008 09:25 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının biologiya elmləri doktoru Zaur Hümbətov APA-nın qərb bürosuna bildirib ki, 300 illik bağdakı çox qiymətli, yaşı on illərlə ölçülən cökə və akasiya ağacları qurumağa başlayıb. Hazırda bu ağaclara təqribən 3-4 növ həşərat düşüb. Bunlar əsasən fakültativ həşəratlardır. Bir neçə ilə əvvəl Azərbaycanın ən qədim və gözəl parkı olan Xan Bağına bir cüt sayqak və ceyran gətirilib, daha sonra həmin ceyranlar çox gözəl bir maral ilə əvəz olunub: “1941-1946-cı illərdə Bişkekdə ərazisi hektarlarla ölçülən cökə meşəliklərinə Uzaq Şərqdən marallar gətirilib. Bu maralların gətirilməsi nəticəsində karantin pozulub, marallardan keçən həşəratlar minlərlə cökə ağaclarını qurudub məhv edir. Hazırda Xan Bağında da vəziyyət belədir. Heyvanlardan keçən həşəratlar ağacları qurudur”. Z. Hümbətov uzun illər ərzində parkı müşahidə etdiyini, ağacları belə surətlə məhv edən qurdlara ilk dəfə rast gəldiyini bildirib: “Ağacların yarpaqları tamamilə quruyub. Həmin ərazidə təcili tədbirlər görülməlidir, heyvanlar parkdan köçürülməlidir. Belə getsə, həşəratlar enliyarpaqlı ağaclardan sonra iynəyarpaqlı ağacları da məhv edəcək”. Gəncə şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abid Əliyev isə Xan Bağında saxlanan maral, sayqaklar və digər heyvanların köçürülməyəcəyini bildirib: “Ağaclara gənə düşüb kü, bunun da heç bir təhlükəsi yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR