Azərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib

Azərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib
# 13 iyun 2008 09:09 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, həmin bakalavrlar ali məktəbi bitirmədikləri halda hansısa yollarla ali təhsil haqqında saxta sənəd alıblar: “Onların əlində dövlət diplomu olduğu üçün hüquqi baxımdan sənədlərini qəbul etməməyə ixtiyarımız yoxdur. Ancaq hazırda bununla bağlı araşdırma aparılır və nəticələr barədə ölkə rəhbərliyinə məlumat verəcəyik”. M. Abbaszadənin sözlərinə görə, müxtəlif illərin məzunları olmuş həmin bakalavrlara dövlət diplomunun hansı ali məktəb tərəfindən verildiyi hazırda araşdırılır. TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu sabah yekunlaşır. İndiyədək 13 mindən çox ərizə verilib, ərizələrin 11789-u təsdiqlənib. Ümumilikdə isə bu il 14-15 min bakalavrın magistraturaya sənəd verəcəyi gözlənilir. M. Abbaszadə bildirib ki, magistraturaya qəbul imtahanları iyunun 22-də keçiriləcək. İmtahanın nəticələrinin isə iyunun 24-ü səhər elan ediləcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR