Zaqatalada yeni körpü və tibb məntəqəsi istifadəyə verilib

Zaqatalada yeni körpü və tibb məntəqəsi istifadəyə verilib
# 13 iyun 2008 11:32 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatalada 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə bir neçə sosial obyektin açılışı olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün rayonun Car və Silban kəndlərini birləşdirən yeni körpünün açılış mərasimi keçirilib. Açılış mərasimə yerli sakinlərlə bərabər rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da qatılıb. Mərasimdə çıxış edən A. Əsgərov rayonda aparılan tikinti-abadlıq və quruculuq işlərindən danışaraq Zaqatalanın inkişaf mərhələsində olduğunu vurğulayıb. Bundan başqa, bu gün rayonun Zəyəm kəndində də yeni tibb məntəqəsi istifadəyə verilib. Açılış mərasimləri başa çatdıqdan sonra rayon icra hakimiyyətinin təşəbbüsü ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR