Azərbaycan ABŞ-dan 9 yeni seysmoloji stansiya alacaq

Azərbaycan ABŞ-dan 9 yeni seysmoloji stansiya alacaq
# 13 iyun 2008 11:47 (UTC +04:00)
Lerik. Ağəddin Babayev, Məhbubə Qasımbəyli-APA. Azərbaycan bu il ərzində ABŞ-dan “Kinemetrix” şirkətinə məxsus 9 ədəd yeni seysmoloji stansiya almağı planlaşdırır. Bu barədə APA-nın cənub bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin bölmə müdiri Yusif Bayramov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ayrı-ayrı regionlarında hazırda “Kinemetrix” şirkətinə məxsus 14 seysmoloji stansiya fəaliyyət göstərir. Y. Bayramov qeyd edib ki, artıq 3 stansiyanın ABŞ-dan Azərbaycana gətirilməsi ilə bağlı danışıqlar aparılıb və stansiyaların quraşdırılacağı ərazilər müəyyənləşib. Seysmoloji Xidmət Mərkəzindən isə APA-ya bildirilib ki, ölkəyə gətirilməsi gözlənilən 3 yeni stansiyanın Kürdəmirdə, Altıağacda və Zaqatalada quraşdırılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR