İlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək

İlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək
# 13 iyun 2008 13:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin sonuna kimi Azərbaycandakı böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək. APA-nın məlumatına görə, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, hazırda respublikada böyrək çatışmazlığı olan 1100 xəstə var. Onların 700-ə yaxını dövlət hesabına dializ edilir. Nazirin sözlərinə görə, Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələrinin də sayı 63 min nəfərdən artaraq 70 min nəfərə yaxınlaşıb: “Əvvəllər şəkərli diabet xəstələri, eləcə də onkoloji xəstələr dövlətdən yardım almadıqları üçün qeydiyyata durmurdular. İndi isə bu yardımı hiss etdiklərinə görə qeydiyyata düşməyə başlayıblar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR