Azərbaycandan çıxmaq istəyən Aqil Xəlil aeroportdan geri qaytarılıb

Azərbaycandan çıxmaq istəyən Aqil Xəlil aeroportdan geri qaytarılıb
# 19 iyun 2008 11:23 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 18-də Fransaya getmək istəyən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Heydər Əliyev Beynəlxalq Hava Limanından geri qaytarılıb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. Onun sözlərinə görə, A. Xəlil Fransanın Azərbaycandakı səfirliyinin verdiyi viza əsasında getmək istəyib. A. Əhmədov A. Xəlilin zərərçəkmiş şəxs olduğunu xatırladıb, onun istədiyi vaxt Azərbaycandan çıxa biləcəyini söyləyib: “Ancaq hava limanında bizə bildirdilər ki, məhkəmə başa çatmadığından Aqil Xəlil Azərbaycandan çıxa bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR