Qusar sakininin evindən silah tapılıb

Qusar sakininin evindən silah tapılıb
# 20 iyun 2008 08:29 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva-APA. Qusar sakini Firuz Həsrət oğlu Şirinovu ölümlə hədələməkdə təqsirləndirilən həmyerlisi Yaqir Əmrahov saxlanılıb. APA-nın şimal bürosunun məlumatına görə, Y. Əmrahovun evində aparılan axtarış zamanı 1 ədəd bıçaq ,5 ədəd patron və sobanın içərisində gizlədilmiş 1 ədəd lüləsi kəsik tüfəng aşkarlanıb. Qusar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Y.Əmrahov həbs edilib, faktla bağlı təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR