Aqil Xəlilin işi ilə bağlı məhkəmə prosesi iyunun 24-dək təxirə salınıb

Aqil Xəlilin işi ilə bağlı məhkəmə prosesi iyunun 24-dək təxirə salınıb
# 20 iyun 2008 08:48 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim prosesə gecikən S. Strekalinin vəkili Akif Məlikova xəbərdarlıq edib. A. Xəlilin vəkili Elçin Sadıqov isə cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib. Vəkilin işlə tanış olması üçün proses iyunun 24-dək təxirə salınıb.
Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 27.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR