Gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydası dəyişib

Gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydası dəyişib
# 01 noyabr 2016 08:21 (UTC +04:00)

Nazirlər Kabineti “Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişiklik “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə gömrük brokeri fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növləri siyahısından çıxarılması ilə əlaqədardır.

Gömrük brokerlərinin dövlət reyestrinin aparılması Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Qaydaya əsasən gömrük brokeri fəaliyyəti üçün lisenziya almış hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilib. Ancaq artıq gömrük brokeri fəaliyyətinin lisenziyalaşdırılan fəaliyyət növləri siyahısından çıxarıldığı üçün gömrük brokeri fəaliyyətini həyata keçirən hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil ediləcək. Müvafiq olaraq gömrük brokeri yenidən təşkil edildikdə, adı və ya hüquqi ünvanı dəyişdikdə, dövlət reyestrində müvafiq dəyişikliklər ediləcək. Eyni zamanda fəaliyyəti dayandırılmış gömrük brokerinin fəaliyyəti yenidən bərpa edildikdə, gömrük brokeri yenidən dövlət reyestrinə daxil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR