Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 8-ə təyin edilib.
Qeyd edək ki, Ş. Abbasquliyev Maştağa qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayevi öldürməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Qətlə yetirilən şəxsin qumarbaz olduğu bildirilir.