Bakı-APA. Suriya üzrə görüş təxirə salınıb. Yanvarın 25-də Cenevrədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Suriyada münaqişənin tənzimlənmə planından danışacaq.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib
“Staffan de Mistura bazar ertəsi siyasi prosesə dair məlumat verəcək”, deyə F.Haq qeyd edib.
Qeyd edək ki, yanvarın 25-də Cenevrədə keçirilməsi planlaşdırılan Suriya böhranı üzrə beynəlxalq görüş qeyri-müəyyən müddətə təxirə salınıb.