"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00-dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.
"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.