63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var, 90 faizindən çoxu təhsil alır

63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var, 90 faizindən çoxu təhsil alır
# 14 iyun 2023 12:56 (UTC +04:00)

"Bu gün Azərbaycanda 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var".

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ümumi təhsil pilləsində onların 90 faizindən çoxu təhsillə əhatə olunub:

"75 faizi heç bir xüsusi şərait yaradılmadan adi ümumi təhsil müəssisələrində təhsil alır. 25 faizi isə xüsusi şəraiti olan müəssisələrdə və evdə təhsillə əhatə olunub. Evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 8 mindən yuxarıdır. 3 mindən çox uşaq isə xüsusi şəraitli müəssisədə oxuyur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR