Yevlaxda 11 ton, Ağstafada 12 tondan çox narkotik tərkibli bitki aşkarlanıb

Yevlaxda 11 ton, Ağstafada 12 tondan çox narkotik tərkibli bitki aşkarlanıb
# 19 noyabr 2013 11:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Xaşxaş 2013” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində Yevlax şəhəri və Ağstafa rayonu ərazisində böyük həcmdə yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, Yevlax şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər Əcəmi bələdiyyəsi ərazisində 25527 ədəd, çəkisi 3 ton 458 kiloqram, Aran bələdiyyəsi ərazisində 10124 ədəd, çəkisi 900 kiloqram, Qaramallı bələdiyyəsi ərazisində 26480 ədəd, çəkisi 3 ton 452 kiloqram, Varvara bələdiyyəsi ərazisində 23676 ədəd, çəkisi 3 ton 358 kiloqram, ümumilikdə 85807 ədəd və 11 ton 168 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayonunun inzibati ərazisində isə 13364 ədəd, cəmi çəkisi 12 ton 600 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb. Çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR