8 komanda UNEC Startap İnkubatorun “İnkubator+” proqramına keçid alıb

8 komanda UNEC Startap İnkubatorun “İnkubator+” proqramına keçid alıb
# 26 dekabr 2023 17:46 (UTC +04:00)

UNEC Startup İnkubator tərəfindən start verilən “BootSTART-2” proqramının ənənəvi “Pitch day” tədbiri keçirilib.

APA xəbər verir ki, 6 həftəlik intensiv "BootSTART-2" proqramında iştirak etmiş 20 startap komandası “Pitch day”də öz startaplarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin dəyərləndirməsindən sonra 8 komanda - “Yoldash”, “Ganevo”, “Generation Z”, “HobyLoc”, “Way”, “TuringSec”, “Buqələmun”, “GreenFox” UNEC Startup İnkubatorun növbəti “İnkubator+” proqramına keçid alıb.

“İnkubator+” proqramında iştirak edəcək TOP 8 startap komandası ofis rezidentliyi, hostinq və server dəstəyi ilə təmin ediləcək. Bazara hazır məhsulu ən tez çıxara bilən 5 komanda isə ilkin toxum investisiya ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR