Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamaları dayandıracaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yoxlamaları dayandıracaq
# 12 dekabr 2012 11:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dekabrın 20-dən sonra müəyyən müddətə yoxlamaları dayandıracaq. Bu barədə APA-ya RGEM-nin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, hazırda çipsilər, suxarılər və spirtli içkilər üzərində yoxlamalar aparılır. Onun sözlərinə görə, bu qidalar üzərində aparılan yoxlamalar dekabrın 25-dək yekunlaşacaq və nəticələr açıqlanacaq: “Bundan sonra isə hansısa yoxlamaların aparılması nəzərdə tutulmayıb. Çünki dekabrın 20-dən sonra illik hesabat və yeni planların tərtibatı hazırlanacaq. Mərkəz tərəfindən qidalarla bağlı növbəti yoxlamalar isə yanvarın ortalarından etibarən başlayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR