Sabiq nazir Nicat Quliyev azadlığa buraxılıb

Sabiq nazir Nicat Quliyev azadlığa buraxılıb
# 06 avqust 2016 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan sabiq nazir Nicat Quliyev azadlığa buraxılıb.

Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, onun cəzaçəkmə müddəti başa çatdığından azadlığa buraxılıb.

Qeyd edək ki, N. Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR