9 illik bazada kolleclərə qəbulun nəticələri elan olunub

9 illik bazada kolleclərə qəbulun nəticələri elan olunub
# 08 avqust 2023 16:42 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

APA xəbər verir ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə
cəmi
Dövlət ödənişsiz 4595 4409 164 4573 99.52
Dövlət ödənişli 5817 5504 169 5673 97.52
Özəl 340 320 20 340 100.00
Cəmi 10752 10233 353 10586 98.46

Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Təhsil forması Qəbul planı Qəbul olunub Qəbulolma
faizi
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr üzrə cəmi
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar 9201 8921 277 9198 99.97
Xüsusi qabiliyyət tələb edən ixtisaslar 1551 1312 76 1388 89.49
Cəmi 10752 10233 353 10586 98.46


Abituriyentlər 2023-cü il 14 avqust saat 15:00-dan 23 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR