Aeroport yolunda körpüdə eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib, səkkiz maşın toqquşub

Aeroport yolunda körpüdə eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib, səkkiz maşın toqquşub
# 23 avqust 2016 07:51 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, keçmiş “Komsomol” dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.

Körpünün girişində “Mercedes” və “Mitsubishi” markalı avtomobillər, üstündə isə iki “Mercedes” markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç “Mercedes” və bir “Volkswagen” markalı avtomobillər bir-birinə çırpılıb.

Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb.

Hazırda ərazidə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR