Havanın temperaturu 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
# 29 noyabr 2019 17:37 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Departamentdən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR