“İcbari tibbi sığorta çərçivəsindəki tibbi xidmətlərdən artıq bütün ölkə üzrə yararlanmaq mümkündür. USM və rentgen də sığortaolunanlar üçün pulsuzdur”.
APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.
Onun sözlərinə görə, lakin bu, həkim təyinatı ilə olmalıdır: “Həkim təyinatı, tibbi zərurət varsa, həm ultrasəs, həm də rentgen müayinəsindən pulsuz istifadə etmək mümkündür”.