Komitə sədri: “İcbari tibbi sığortanın həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır”

Komitə sədri: “İcbari tibbi sığortanın həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır”
# 25 noyabr 2019 16:11 (UTC +04:00)

İcbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır.

APA-nın xəbərinə görə, bunu “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən, icbari tibbi sığorta ilə bağlıdır”.

O həmçinin qeyd edib ki, dəyişikliklər 3 qrupa bölünür: “Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR