Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə yeni hüquqlar verilib

Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə yeni hüquqlar verilib
# 25 noyabr 2020 17:36 (UTC +04:00)

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”da dəyişikliklər edib.

APA-nın məlumatına görə, ekspertlərin hüquqları sırasına məhkəmə iclasının protokolunun müvafiq hissəsi ilə bərabər protokola əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq hüququ verilib.

Eyni zamanda vəsatət və prosessual qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspert tərəfindən tərtib edilən digər sənədlər “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə həmin sistem vasitəsilə göndərilə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR