Nazir: "Regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək"

Nazir: "Regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək"
# 29 noyabr 2019 10:29 (UTC +04:00)

“Əlilliyi olan şəxslər üçün reabilitasiya müəssisələri həmin şəxslərin yalnız tibbi deyil, sosial və peşə reabilitasiyasına da öz dəstəyini göstərməlidir. Hazırlanmaqda olan yeni “Reabilitasiya Konsepsiyası” layihəsində də bu amil xüsusi diqqətdə saxlanılır”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Kollegiya iclasında bildirib.

S. Babayev bildirib ki, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə əhaliyə xidmətlərin keyfiyyətinin müasir əsaslar üzərində yüksəldilməsi təmin olunur. Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi bu vacib məqsədə nail olunmasına imkan verib. Bakıda və növbəti ildən etibarən regionlarda DOST mərkəzləri şəbəkəsi genişləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR