“22 maydan 19 iyuna qədər müsahibə nəticələrindən narazı qalan valideynlər Apellyasiya şikayəti verə bilərlər”.
APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı keçirilən onlayn tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.
Onun sözlərinə görə, həmin uşaqların yenidən müsahibəsi olmayacaq, sadəcə müsahibə vaxtı olan videoçəkilişə baxılaraq müvafiq rəy verilə bilər: “İstisna ola bilər ki, internet problemi ola bilər, amma bu zaman da komissiya rəy verməlidir ki, yenidən müsahibə ola bilər, ya yox. 21 iyuna qədər tədris digər dillərdə müsahibələrdən (əsasən rus bölməsi) uğurla keçən məktəbəhazırlıq qruplarında olan uşaqlar oxuduqları məktəblərdə I sinfə qəbul olacaq. Məktəbəhazırlıq qruplarında olmayan və müsahibədən uğurla keçən uşaqlar üçün 24 iyun saat 11:00-dan məktəb seçimi aktivləşəcək”.