Xaçmaz sakini qətlə yetirilib

Xaçmaz sakini qətlə yetirilib
# 05 avqust 2016 07:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xaçmazda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti yol kənarında aşkarlanıb. Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR