Bakı-APA. Braziliya Konqresinin spikeri Eduardo Kunya korrupsiyada günahlandırılır
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, E.Kunya “Petrobras” neft şirkəti tərəfindən icarəyə götürülən iki qazma gəmisinin müqavilələri ilə bağlı rüşvət almaqda təqsirli bilinir.
E.Kunya həmçinin istintaqın gedişinə əngəl törətməkdə ittiham olunur. Spiker bütün ittihamları rədd edib.
Yaxın günlərdə Braziliya Ali Məhkəməsi E.Kunyanın tutduğu vəzifədə qalıb-qalmayacağı məsələsinə baxacaq.