Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib
# 01 aprel 2024 10:29 (UTC +04:00)

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən APA-ya verilən xəbərə görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR