Ağsuda qaz xətti zədələnib

Ağsuda qaz xətti zədələnib
# 16 oktyabr 2019 16:29 (UTC +04:00)

Bu gün günorta saatlarında Ağsu şəhəri H. Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar. 

“Azəriqaz”dan APA-ya bildirilib ki, nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. 

Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR