Aİ-ÜST layihəsi əl gigiyenası üzrə müsabiqənin qaliblərini mükafatlandırıb

Əl gigiyenası üzrə müsabiqə qaliblərinin mükafatlandırması

© APA | Əl gigiyenası üzrə müsabiqə qaliblərinin mükafatlandırması

# 16 sentyabr 2021 12:14 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində tibb fakültəsi və kollecinin tələbələri arasında təşkil edilən əl gigiyenası müsabiqəsi başa çatıb.

APA-nın məlumatına görə, bu gün keçirilən tədbirdə 2021-ci ilin may ayından başlayan müsabiqənin qalibləri mükafatlandırılıb.

Müsabiqə iştirakçıları əl gigiyenası müsabiqəsi çərçivəsində “əl yuma və steril əlcək geyinmə” üzrə təlim keçiblər.

Bakı şəhəri və bölgələrdəki 19 tibb fakültəsində və kollecində təhsil alan 1418 tələbə müsabiqə çərçivəsində keçirilən təlimdə iştirak edərək post-testdən keçib və onlardan 212 nəfəri müsabiqəyə videosunu təqdim edib. ÜST-nin ekspertlərindən ibarət münsiflər heyəti təqdim olunan videolardan 21-ni qiymətləndirərək qalib elan edib. Qaliblərə noutbuklar, planşetlər və müxtəlif tibbi cihazlar da daxil olmaqla hədiyyələr verilib. Bütün qaliblərə sertifikatlar təqdim edilib. Müsabiqənin nəticələri 2021-ci ilin sentyabrında İsveçrənin Cenevrə şəhərində keçirilən İnfeksiyanın qarşısının alınması və nəzarət konfransında təqdim edilib.

Müsabiqə və təlim tələbələrin əlləri düzgün yumaq və dezinfeksiyaedici vasitələrdən istifadə ilə bağlı biliklərini artırmasına, ÜST texnikasından istifadə edərək əl yuma mərhələlərini öyrənməsinə kömək edib.

Layihə ölkənin sağlamlıq təhdidlərinin qarşısının alınması, aşkarlanması və onlarla mübarizə qabiliyyətini artırmaq səylərinə dəstək göstərməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR