Ali məktəb və kolleclərdə auditoriyalardan eyni vaxtda yerlərin 70 faizinə qədər istifadə ediləcək

Ali məktəb və kolleclərdə auditoriyalardan eyni vaxtda yerlərin 70 faizinə qədər istifadə ediləcək
# 22 sentyabr 2021 10:24 (UTC +04:00)

Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə ediləcək.

APA-nın xəbərinə görə, bu, Baş naziri Əli Əsədovun bu gün imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşmasına müəyyən məhdudlaşma ilə icazə verilir.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, tədris otaqlarında hər parta (masa) arxasında yalnız bir təhsil alanın oturması və təhsil alanlar arasında məsafənin hər tərəfdən 1,5 metrdən az olmaması təmin olunmalı idi. Eyni zamanda müəllim otağında (kafedralarda) iş masalarının ara məsafəsinin 1,5 m olmasına nəzarət edilməli idi.

Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda otağa (kafedraya) toplaşması da məhdudlaşdırılırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR