Tiflis. Nizami Məmmədzadə - APA. "Türkiyə, Gürcüstan və Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisində iştirakı onun əhəmiyyətini artırır". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, dəniz işləri üzrə naziri Binəli İldırım bildirib.
B. İldırım qeyd edib ki, hər üç ölkəni bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars layihəsinin tikintisi artıq sona yaxınlaşır: "Bu ilin sonunda artıq bu dəmir yolu ilə yük və sərnişin qatarları hərəkət edəcək".