Antalya-Bakı aviareysi ilə gələn şəxsdən soyuq silah götürülüb

Antalya-Bakı aviareysi ilə gələn şəxsdən soyuq silah götürülüb
# 18 avqust 2016 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR