Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib

Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ümumilikdə 58 min 109 ağac əkilib
# 28 sentyabr 2021 01:12 (UTC +04:00)

27 sentyabr - Anım Günündə Azərbaycanın 76 şəhər və rayonunda ağacəkmə aksiyası keçirilib.

APA xəbər verir ki, aksiya çərçivəsində 14 növdə ümumilikdə 58 min 109 ağac əkilib ki, onlardan da 18 min 607-si Eldar şamı, 3 min 576-sı çinar, 4 min 339-u zeytun, 10 min 805-i sərv, 1551-i söyüd, 5 min 502-si göyrüş, 1564-ü qaraağac, 658-i qovaq, 5 min 405-i meyvə və 6 min 102-si isə tuya ağaclarıdır.

Aksiya çərçivəsində 6 min 950 ağac Bakı şəhərində, 51 min 159 ağac isə digər şəhər və rayonlarımızda əkilib.

Anım Günündə keçirilən aksiyaya 2 min 825-i Bakı şəhərində, 29 min 228-i isə digər şəhər və rayonlarda olmaqla, ümumilikdə 32 min 53 insan qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR