Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi 10 ədəd “Təkmilləşdirilmiş ZTR-70 maşını” Konqo Respublikasına ixrac ediləcək.
Bu barədə APA-ya MSN-in “Aqreqat” İstehsalat Birliyi Bakı “Cihazqayırma” Zavodunun zirehli texnikanı təkmilləşdirmə sexinin rəisi Tələt Qədirov məlumat verib.
O bildirib ki, 10 ədəd zirehli transportyorun Konqo Respublikasına satılması müqavilə əsasında həyata keçiriləcək.
Qeyd edək ki, yüksək manevrli təkərli döyüş maşını olan “Təkmilləşdirilmiş ZTR-70 maşını” silahla təchiz olunub.
Maşın uzun məsafə qət etmək, yüksək dinamik keyfiyyətlər və yüksək seçmə qabiliyyətinə malikdir.
Azərbaycan Konqoya 10 ədəd zirehli transportyor satacaq
29 sentyabr 2016 14:50 (UTC +04:00)
Hərbi
Azad edilmiş ərazilərdə daha 59 mina, 690 PHS aşkarlanıb
17:35
16 sentyabr 2024
Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub
17:57
14 sentyabr 2024
Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub
15:12
14 sentyabr 2024
Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
13:07
13 sentyabr 2024