Vaşinqtonda qaz partlaması nəticəsində 7 nəfər ölüb

Vaşinqtonda qaz partlaması nəticəsində 7 nəfər ölüb
# 17 avqust 2016 04:53 (UTC +04:00)

Bakı-APA. Vaşinqtonun Silver Sprinq rayonunda baş vermiş qaz partlaması nəticəsində 7 nəfər ölüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.

Ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Axtarış əməliyyatı bu gün davam etdiriləcək.

Partlayışın səbəbləri araşdırılır.

Qeyd edək ki, çoxmənzilli yaşayış binasında partlayış avqustun 11-də baş verib. İnsident nəticəsində bina uçub, 100-dək sakin evsiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR